Kutaisinin "Bomond" klinikasında 14 hamilə pasient müalicə olunur

Kutaisi İnfeksiya Xəstəxanasına yenə dörd infeksiyalı pasient gətirildi, 21 pasient isə, sağalıb.

Klinikanın tibbi direktoru Nodar Mağlaperidzenin məlumatına görə, bu vaxt üçün Kutaisi İnfeksiya Xəstəxanasında 47 koronavirslu pasient müalicə olunur.

Onlardan doqquzunun vəziyyəti ağırdır, ikisinin isə, kritik dərəcədə ağırdır.

Kutaisinin “Bomond” klinikasını bugün səkkiz sağalan pasient tərk edib. Onların arasında üç yeniyetmə var.

Eyni zamanda, klinikaya yenə yeddi infeksiyalı pasient gətirilib.

“Bomond” klinikasında müalicə olunan 97 pasient arasında 14 hamilə qadın var.