Kutaisidən Kopenhagen istiqamətinə aviareyslərin başlaması ilə bağlı Gürcüstanın Danimarkadaki Səfirliyi bəyanat yayır
Kutaisidən Kopenhagen istiqamətinə aviareyslərin başlaması ilə bağlı Gürcüstanın Danimarkadaki Səfirliyi bəyanat yayır

Kutaisidən Kopenhagen istiqamətinə aviareyslərin başlaması ilə bağlı Gürcüstanın Danimarkadaki Səfirliyi bəyanat yayır.

„2019-cu ilin sentyabr ayından, Kutaisi hava limanından Kopenhagenə birbaşa aviareyslər həyata keçiriləcək və Gürcüstan vətəndaşlarına müraciət edirik ki, maksimal şəkildə, Avropa İttifaqının üzvü olan ölkələrə vizasız gediş-gəliş qaydalarını nəzərə alsınlar!

Şengen zonasına qısa səfər 180 günlük limitdən, 90 gün orada qalmağı nəzərdə tutur.

Səyahətinizin məqsədini təsdiqləmək üçün yanınızda növbəti sənədlər olmalıdır:

• Biometrik pasport
• Yolçuluq bileti;
• Mehmanxana bronu;
• Yolçuluq sığortası;
• Səyahətin maddi təminatının təsdiqi: əlinizdə olan nəğd pul, bank elektron kartı, maliyyələşdirmə haqqında arayış, sizi dəvət edənlərin məktubu.

Mehmanxana xərcindən başqa, Danimarkaya yolçuluq ödənişiniz 350 kron təşkil edir” – deyilir səfirliyin bəyanatında.

Danimarka krallığında, Kopenhagendə Gürcüstan səfirliyinin ünvanı:

Kalvebod Brygge 45. 1560 Copenhagen
ტელ: (+45) 39 11 00 00
E-mail : [email protected];

Gürcüstanın Konsulluq Bölməsi:
E-poçt: [email protected]
Veb-səhifə: www.geoconsul.gov.ge
Təcili hallar üçün qaynar xətt +45 28 78 26 33
İş saatı: 09.00-17.00