Kutaisidə yaşlılar pansionatında koronavirusun 13 halı qeydə alınıb

Kutaisidə yaşlılar pansionatında koronavirusun 13 halı qeydə alınıb.

Pansionatın direktoru Malxaz Badireişvilini məlumatına görə, üç benefisiar və pansionatın on əməkdaşı infeksiyaya yoluxublar.

Onun dediyinə görə, infeksiyaya yoluxanlar Saçxere Tibb Mərkəzinə aparılıblar və vəziyyətləri stabildir.

Badireişvilini bəyanatıa görə, pansionatda yenə bir neçə nəfərin test cavabını gözləyirlər.

Onun dediyinə görə, infeksiya ehtimala görə, xəstəlikləri simptomsuz keçən əməkdaşlardan yaşlılara keçib.

Pansionatda karantindir və necə benefisiarlar, eləcədə əməkdaşlar binadan kənara çıxmırlar.

Pansionatda 98 benefisira yaşlı var.

Gürcüstanda koronavirusun 2 401 yeni halı qeydə alındı, 2 289 pasient sağaldı.

Bu haqda məlumat xüsusi veb-səhifə stopcov.ge-də yenilənib.

Bu vaxt üçün Gürcüstanda koronavirusun 49 218  halı qeydə alınıb.

Yeni sağalan 2 289 pasientlə bərabər, sağalanların sayı 33 459-dur.

Son 24 saat ərzində, həlak olan 20 pasientlə bərabər, koronavirusdan ölkədə 401 nəfər həlak olub.