Kutaisidə müxalifət partiyasının nümayəndələri tərəfindən təşkil olunan aksiya başa çatdı
Kutaisidə müxalifət partiyasının nümayəndələri tərəfindən təşkil olunan aksiya başa çatdı

Kutaisidə müxalifət partiyasının nümayəndələri tərəfindən təşkil olunan aksiya başa çatdı.

Kutaisi meriyasının yanında yığılanlara müxtəlif partiyaların liderləri nitqlə müraciət etdilər.

Aksiya iştirakçılarının bəyanatına görə, bu gün sakit, zorakılıqsız yürüyüş keçirildi.

“Bütün Gürcüstanı dolaşmağı düşünürük və adekvat bir cavab almasaq, birgə milli etiraz hərəkatına başlayacağıq. Bu isə, tamamilə başqa bir mərhələ olacaq və hərəkatımıza hər yaşda insan iştirak edəcək” – dedi “Yeni Gürcüstan”-ın lideri Giorgi Vaşadze.