Kutaisinin “Bomond” klinikasının covid-mərkəzində yeddi hamilə pasient və bir nəfər ağır xəstə sağaldı.
Onlar tibb müəssisəsini bugün tərk edirlər.
Klinikanın covid-mərkəzində yenə dörd hamilə pasientin sağalmasını gözləyirlər.
Pasientlər Gürcüstanın müxtəlif munisipalitetlərinin sakinləridir.
Klinikada bəyan edirlər ki, hamilələrdə yüksək temperatur, təngnəfəslik, öskürək və pnevmoniya müşahidə olunur.
Covid-mərkəzin doğum-ginekologiya bölməsində bəyan edirlər ki, bu vaxt üçün onlarda 35 hamilə qalır. Onların sağlamlıq vəziyyəti stabildir.