Kutaisidə koronavirusdan epidemioloq həyatını itirdi
Kutaisidə koronavirusdan epidemioloq həyatını itirdi

Kutaisidə koronavirusdan bir epidemioloq həyatını itirdi.

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin İmereti bölməsini rəhbəri Qoça Giorqadzenin məlumatına görə, 62 yaşlı Liana Şekiladzenin xronik xəstəlikləri var idi və intensiv müalicəyə rəğmən, həyatı xilas edilə bilmədi.

Giorqadzenin məlumatına görə, epidemioloqun infeksiyaya yoluxması məişət şəraitlərində baş verib.

Bununla yanaşı, xəstəliklər nəzarətininn milli mərkəzinin İmereti bölməsinin rəhbərinin məlumatına görə, son 24 saat ərzində, İmereti regionunda koronavirusun 662 halı qeydə alınıb.

Gürcüstanda bugün koronavirusun 4 472  yeni halı qeydə alınıb, 4 058 nəfər sağaldı və 34 pasient həlak oldu.