Kutaisidə koronavirusdan 69 yaşlı kişi həlak olub
Kutaisidə koronavirusdan 69 yaşlı kişi həlak olub

Kutaisidə, “Bomond” klinikasında, koronavirusdan 69 yaşlı kişi həyatını itirib.

Pasient klinikaya təcili tibbi yardm xidməti tərəfindən noyabrın 11-də gətirilmişdi.

Vəfat edənin koronavirusla bərabər, pnevmoniyası, nəfəs çatışmamazlığı və ağ-ciyərin şişməsi simptomları var idi.

“Həkimlər tərəfindən keçirilən reanimasiya tədbirlərinə baxmayaraq, pasient xilas edilə bilmədi. Klinikada bu vaxt üçün 120-dən artıq covid-infeksiyalı pasient yerləşdirirlib. Pasientlərin sağalma dinamikası müsbətdir. Sağalanlar arasında 4 gün bundan əvvəl koronavirusu təsdiqlənən, 15 günlük uşaq var. Həmçinin, klinikada 26 günlük uşaq müalicə görür. Bugün də sağalan pasientlərimizin evə qayıtmalarını gözləyirik. Ümumilikdə, 350 sağalan pasientimiz var” – deyir klinikanın meneceri Mamia Kipiani.