Kutaisi laboratoriyasında yoxlanılan 972 nəfərdən koronavirus heç birində təsdiqlənmədi
Kutaisi laboratoriyasında yoxlanılan 972 nəfərdən koronavirus heç birində təsdiqlənmədi

Kutaisi laboratoriyasında son 24 saat ərzində, 972 nəfərə koronavirus testi keçirildi və heç birində virus aşkarlanmadı.

Bu barədə məlumatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin İmereti bölməsinin rəhbəri Qoça Giorqadze verdi.

Giorqadzenin məlumatına görə, İmeretidə tibbi yoxlanışlar davam edəcək.