Kutaisi laboratoriyasında mütəxəssislər 213 nəfərin bioloji materialını yoxladılar və heç birində koronavirus çıxmadı
Kutaisi laboratoriyasında mütəxəssislər 213 nəfərin bioloji materialını yoxladılar və heç birində koronavirus çıxmadı – bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına Xəstəliklər Nəzarəti Mərkəzinin İmereti bölməsinin rəhbəri Qoça Giorqadze verdi.
Giorqadzenin məlumatına görə, yük maşınlarının sürücüləri, regiondaki tibb mərkəzlərinin əməkdaşları və pasiyentlərdə yoxlanış nəticəsində koronavirus aşkarlanmadı.
Bu vaxt üçün İmereti regionunda karantin məkanında 144 nəfər qalır.