Kutaisi İnfeksiya Xəstəxanasında koronavirusdan yenə bir pasiyent sağaldı
Kutaisi İnfeksiya Xəstəxanasında koronavirusdan yenə bir pasiyent sağaldı, – bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına klinikanın baş həkimi Teimuraz Nadiradze verdi.
Onun dediyinə görə, sağalan pasiyent klinikadan bugün çıxacaq.
Kutaisi İnfeksiya Xəstəxanasında Covid-19 diaqnozu ilə sadəcə bir pasiyent qalır.