Kutaisi İnfeksiya Xəstəxanasında koronavirusa yoluxan üç pasientin vəziyyəti ağırdır
Kutaisi İnfeksiya Xəstəxanasında koronavirusa yoluxan üç pasientin vəziyyəti ağırdır

Kutaisi İnfeksiya Xəstəxanasında bu vaxt üçün 78 pasient müalicə olunur, onlardan üçünün vəziyyəti ağırdır.

Bu barədə məlumatı klinikanın tibbi direktoru Nodar Mağlaperidze verdi.

Ölənlərə gəlincə isə, Kutaisi İnfeksiya Xəstəxanasında iki pasient həlak oldu, 81 yaşlı kişi və 78 yaşlı qadın.

“81 yaşlı kişi klinikaya noyabrın 24-də gətirildi və vəziyyəti çox ağır idi. 78 yaşlı qadın isə, klinikada 10 gün müalicə olunurdu, ancaq xronik xəstəliklərin kəskinləşməsinə görə, vəziyyəti ağırlaşdı və onu xilas edə bilmədik” – deyib Nodar Mağlaperidze.