Kutaisi hava limanından uçuşlar həyata keçirməyə Ukraynanın aşağı büdcəli aviaşirkəti başladı
Kutaisi hava limanından uçuşlar həyata keçirməyə Ukraynanın aşağı büdcəli aviaşirkəti başladı

Kutaisinin Davit Ağmaşenebeli adına hava limanından uçuşlar həyata keçirməyə Ukraynanın aşağı büdcəli SKY UP AIRLINES başladı.

Birbaşa requlyar reyslər Kutasisidən Odessa və Xarkov istiqamətinə həftədə iki dəfə Boing  737-800-lə həyata keçiriləcək.

Gürcüstanın Hava Limanları Birliyinin direktoru Giorgi Çoqovadzenin bəyanatına görə, Kutaisi Beynıəlxalq Hava Limanından yeni bir aşağı büdcəli aviaşirkətin uçuşlar həyata keçirməsi, Kutaisi hava limanının aşağı büdcəli aviaşirkətlərin habı olması strategiyasına dənk gəlir.

Qeyd olunan Ukrayna aviaşirkəti 2016-cı ildə təsis edilib və 2018-ci ilin may ayından Avropa, Afrika və yeni şərq istiqamətinə uçuşlar həyata keçirməyə başladı.