Kutaisi Beynəlxalq Hava Limanı “İpək Yolu Forumu” çərçivəsində gələn beynəlxalq media nümayəndələrini qəbul edib
Kutaisi Beynəlxalq Hava Limanı “İpək Yolu Forumu” çərçivəsində gələn beynəlxalq media nümayəndələrini qəbul edib

Kutaisi Davit Ağmaşenebeli adına Beynəlxalq Hava Limanı “İpək Yolu Forumu” çərçivəsində müxtəlif ölkələrin beynəlxalq media nümayəndələrini qəbul edib. Məlumatı Gürcüstan Hava Limanları İttifaqı yayıb.

Xarici media Gürcüstana Milli Turizm Administrasiyasının təşkilatçılığı ilə gəlib və “İpək Yolu Forumu” ilə paralel olaraq ölkə üçün strateji əhəmiyyətli obyektlər, investisiya və turizm potensialı ilə bağlı müxtəlif məqalələr və süjetlər hazırlayacaqlar.

“Kutaisi hava limanı 2019-cu ildə, bu hava limanına ilk gəldiyim zamandan daha gözəl və daha böyükdür. O vaxtdan bəri burada çox şey dəyişib. Sizin gözəl dizayn edilmiş hava limanınız var”, – Amerikanın “Forbes” nəşrinin jurnalisti Jorresa Leta Blount hava limanını müşahidə edərkən deyib.

Kutaisi hava limanının direktoru Qaqa Sanikidze beynəlxalq jurnalistlərə yenilənmiş terminal və onun imkanları haqqında ətraflı məlumat verib. O, jurnalistləri həmçinin Gürcüstan Hava Limanları İttifaqının Kutaisi Beynəlxalq Hava Limanında planlaşdırdığı gələcək yeniliklərlə tanış edib.

Beynəlxalq media Prestour çərçivəsində Tbilisidə səfərdə olub, “İpək Forumu”nu işıqlandırdıqdan sonra onlar Qərbi Gürcüstana doğru hərəkət ediblər, yolda Qori elektrik stansiyasına baş çəkiblər, daha sonra isə Kutaisi Beynəlxalq Hava Limanında olublar. Daha sonra onlar Enqurhesi bəndinə baş çəkəcək, Poti limanı və Anaklia dərin su limanı layihəsi ilə tanış olacaq və Batumiyə hərəkət edəcəklər.