Kutaisi-Alpana-Mamisoni yolunun 47-ci km-də tökülən daş parçaları səbəbilə avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Kutaisi-Alpana-Mamisoni yolunun 47-ci km-də tökülən daş parçaları səbəbilə avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

 
Kutaisi (Choma)-Alpana-Mamisoni respublika avtomobil yolunun 47-ci km-də yuvarlanmış qaya kütləsi yolun hərəkət hissəsini bağlayıb. Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi yayır.

İdarənin yaydığı məlumatda, tökülən daş parçaları səbəbilə sözügedən hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkətinin qadağan edildiyi deyilir.

Avtomobil Yolları İdarəsinin məlumatında qeyd edildiyi üzrə, görmə məsafəsinin qeyri-müvafiq olması səbəbilə təmizləmə işləri sabah səhər saatlarında bərpa ediləcək.