Krtsanisi rayonunda, Aşağı və Yuxarı Poniçalayı birləşdirən tunel tikildi

Tbilisidə, Krtsanisi rayonunda, Aşağı və Yuxarı Poniçalayı birləşdirən yeraltı keçidinin tikintisi başa çatdı, – bu barədə məlumarı Tbilisinin meri Kaxa Kaladze bu günki paytaxt höküməti iclasında verdi.

Onun dediyinə görə, layihə çərçivəsində, tunelin yanına gedən avtomobil yolu inşaat edildi və küçə işıqlandırması sisteminin reabilitasiyası başa çatdı.

“Aşağı və yuxarı Poniçalayı dəmir yolu xətti ayırır, hansının ən yaxın kəsişmə nöqtəsi Marneuli və Rustavi yol kəsişməsidir. Halbuki, bu iki məhəllə arasında 5 kilometrlik avtomobil yolu qədər məsafə var. Yeraltı tunel isə, bu məsafəyi 100 metrə qədər azaldır və Marneuli və Rustavi yol kəsişməsindəki avtomobil axınını azaldacaq” – dedi Kaxa Kaladze.

Tbilisi büdcəsindən qeyd olunan layihəyə 2 582 473 lari xərcləndi.