Krtsanisdə 2021-ci ildə  baş vermiş yol qəzasına görə təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib
Krtsanisdə 2021-ci ildə baş vermiş yol qəzasına görə təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib

Tbilisi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları qəbul edib və müttəhimi Tbilisidə üç nəfərin ölümü ilə nəticələnən yol qəzasında təqsirli bilib. Bu barədə Gürcüstan Prokurorluğu məlumat yayır.

“Məhkəmə prosesində araşdırılan dəlillər sübut etdi ki, 2021-ci ilin iyunun 12-də Tbilisidə, Krtsanisi küçəsi yaxınlığında, icazə verilən normadan artıq yüklənmiş yük avtomobilini idarə edən təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin təhlükəsiz idarə edilməsini təmin etməyib, yüksək sürətlə aşağı hərəkət edən 5 avtomobilə çırpılıb, qoruyucu bəndi aşıb və “New Hospitals” klinikasının həyətinə düşüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Prokurorluq tərəfindən cinayəti törətmiş şəxsə Cinayət Məcəlləsinin 276-cı maddəsinin 2-ci və 8-ci hissələri ilə ittiham irəli sürülüb.

“Tbilisi Şəhər Məhkəməsi təqsirləndirilən şəxsi ittiham üzrə təqsirli bilib və 9 il müddətinə azadlıqdan məhrum edib” – məlumatda deyilir.