Kremlin məlumatında, Vladimer Putinin Mario Draqiyə Qərbin sanksiyaları qaldıracağı təqdirdə Rusiyanın dənli bitkilərin ixracına hazır olduğunu söylədiyi qeyd olunur
Kremlin məlumatında, Vladimer Putinin Mario Draqiyə Qərbin sanksiyaları qaldıracağı təqdirdə Rusiyanın dənli bitkilərin ixracına hazır olduğunu söylədiyi qeyd olunur

 

Rusiya prezidenti Vladimer Putin İtaliyanın baş naziri Mario Draqiyə bildirib ki, Qərb sanksiyaları qaldırarsa, Rusiya dənli bitkiləri ixrac etməyə hazırdır. Kremlin məlumatına görə, Vladimer Putinlə Mario Draqi arasında telefon danışığı baş tutub.

“Vladimer Putin Qərb tərəfindən siyasi motivli məhdudiyyətlərin aradan qaldırılması şərti ilə, Rusiya Federasiyasının taxıl və gübrə ixrac etməklə ərzaq böhranının aradan qaldırılmasına mühüm töhfə verməyə hazır olduğunu xüsusilə vurğulayıb” – deyə Rusiya Prezident Administrasiyasının bəyanatında qeyd olunur.

Onların verdiyi məlumata əsasən, Putin Draqi ilə söhbətində Ukraynanın danışıqlar prosesini dondurduğunu bildirib.