Kremençukun ticarət mərkəzinə endirilən raket hücumu nəticəsində həlak olanların sayı 18-dək artıb
Kremençukun ticarət mərkəzinə endirilən raket hücumu nəticəsində həlak olanların sayı 18-dək artıb

 

Ukraynanın Poltava vilayətində Rusiya qüvvələri tərəfindən Kremençuk ticarət mərkəzinə endirilən raket hücumu nəticəsində həlak olanların sayı 18-dək artıb. Məlumatı Ukrayna mətbuatı yayır.

59 nəfər xəsarət alıb, onlardan 25-i xəstəxanaya yerləşdirilib. Məlumatı Poltava Vilayət Hərbi Administrasiyasının rəhbəri Dmitri Linin və Fövqəladə Hallar üzrə Dövlət Xidməti yayır.

İyunun 27-də Rusiya qüvvələri tərəfindən Kremençuk ticarət mərkəzinə iki raket zərbəsi endirilib. Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, hava hücumu ilə bağlı həyəcan siqnalı elan edilərkən mərkəzdə olan vətəndaşların böyük hissəsi binanı tərk etməyi çatdırıb.