Kremençukda ticarət mərkəzinə endirilən raket hücumu nəticəsində həlak olanların sayı 10-dək artıb, 40-dan çox insan xəsarət alıb
Kremençukda ticarət mərkəzinə endirilən raket hücumu nəticəsində həlak olanların sayı 10-dək artıb, 40-dan çox insan xəsarət alıb

 
Kremençukda ticarət mərkəzinə endirilən raket hücumu nəticəsində həlak olanların sayı 10-dək artıb, 40-dan çox insan xəsarət alıb.
Məlumatı Ukrayna mətbuatı yayır.

“Amstor” ticarət mərkəzində axtarış-xilasetmə işləri bu dəqiqələrdə də fövqəladə rejimdə həyata keçirilir.

Rusiya bir neçə saat əvvəl Kremençukdakı ticarət mərkəzinə raket zərbəsi endirib. Mövcud məlumata görə, həmin vaxt ticarət mərkəzində 1000-dən çox insan olub. Ukrayna prezidenti Volodimir Zelenski hadisəyə münasibət bildirib. Prezident ticarət mərkəzinin heç bir strateji əhəmiyyət daşımadığını bildirib. Zelenski işğalçıların Ukrayna xalqının normal yaşamaq cəhdlərindən qıcıqlandığını söyləyib.