Kremençuk merinin sözlərinə əsasən, şəhərin ticarət mərkəzinə endirilən raket zərbəsi nəticəsində ölən və xəsarət alanlar var
Kremençuk merinin sözlərinə əsasən, şəhərin ticarət mərkəzinə endirilən raket zərbəsi nəticəsində ölən və xəsarət alanlar var

 

Kremençukun meri Vitali Maletskinin verdiyi məlumata əsasən, rusların şəhərin ticarət mərkəzinə endirdiyi raket hücumu nəticəsində ölənlər və xəsarət alanlar var, lakin hələlik dəqiq rəqəm demək mümkün deyil.

“Kremençuka endirilən raket hücumu olduqca izdihamlı yerə edilib, bunun hərbi əməliyyatlarla 100 faiz heç bir əlaqəsi yoxdur. Raşistlər, cəhənnəmdə yanın. Bütün aidiyyatı qurumlarla birlikdə hadisə yerindəyəm”-deyə şəhərin meri Vitali Maletski sosial şəbəkədə yazır.

Ukrayna prezidenti Volodimir Zelenski ticarət mərkəzinə edilən hücuma münasibət bildirib. Onun sözlərinə görə, qurbanların sayını təsəvvür etmək belə çətindir.

“İşğalçılar, ehtimal ki, 1000 nəfərin olduğu ticarət mərkəzinə raket zərbəsi endiriblər. Mərkəz yanır, xilasedicilər fövqəladə rejimdə işləyirlər. Qurbanların sayını təsəvvür etmək belə çətindir. Heç nir strateji dəyəri yoxdur. İnsanların normal yaşamağa çalışması, işğalçıları belə qıcıqlandırır”-deyə Volodimir Zelenski yazır.

Ukraynada, Kremençuk rayonunda ticarət mərkəzlərindən birinə raket zərbəsi endirilib.