Kreditlərin maksimal faiz dərəcəsi 50 faiz ilə azalacaq - Sentyabrın birindən kredit alanlar üçün nələr dəyişəcək
Kreditlərin maksimal faiz dərəcəsi 50 faiz ilə azalacaq - Sentyabrın birindən kredit alanlar üçün nələr dəyişəcək

Cari ilin sentyabrın birindən maliyyə bazarında bir neçə yenilik qüvvəyə minəcək, hansılar ki, bank kreditlərinin fazi dərəcəsinin azaldılmasını nəzərdə tutur.

Dəyişiklik #1 – Kreditin maksimal illik efektif faiz dərəcəsi 100-dən 50 faizə qədər azalacaq.

Məsələn, 12 aylıq kreditin həcmi 100 laridirsə, illik 100 larilik fazi dərəcəsi olduğu halda, ayda 115 lari ödəməli olacaq.  İllik faiz dərəcəsi 50 faiz olanda isə, sadəcə 99.5 lari olacaq. Tam olaraq, istifadəçi 1380 lari əvəzinə, 1194 lari ödəməli olacaq. Yəni 186 larilik güzəşt olacaq. Yüksək faiz dərəcələri isə, əsasən, qısa müddətli və yüksək riskli kreditlər üçün olacaq.

Dəyişiklik #2 –  Ödənişin gecikdirilməsi zamanı, cərimənin və digər xərclərin həcmi qalan məbləğin 1,5-ni təşkil edəcək. Məsələn, qalan (ödəniləcək) kredit məbləği 1000 laridirsə, faiz və digər xərclərin maksimal həcmi 1500 lari olacaq. Yəni vətəndaş maksimum 2500 lari qaytarmalı olacaq. Bu vaxta qədər bənzər requlyasiya və maksimal hədd qoyulmamışdı.

Dəyişiklik #3 – Şərtlərin pozulduğu halda, kreditlərin gündəlik xərcinin maksimal həcmi azalır. Məsələn, kreditin qalan məbləği 1000 laridirsə, pozuntuların baş verdiyi halda, kreditə gündəlik artan maksimum faiz 0,41 olur. Yeni qayda ilə isə, gündəlik artan faiz 0.27 lariyə qədər azalır və ona bir dəfə 20 lari arta bilər. Məsələn, bir aylıq gecikdirmənin xərci daha öncə 123 lar idisə, bundan sonra, maksimum 101 lari olacaq.

Dəyişiklik #4 – “Qara siyahı” termini ləğv edilir. İstifadəçilərin kredit tarixinin yoxlanılma qaydası dəyişirilir. Kreditin gecikdirildiyi təqdirdə, istifadəçilərə mənfi status verilməyəcək. Maliyyə təşkilatları sadəcə olaraq, istifadəçinin kreditləri necə ödədiyini dəyərləndirəcəklər və onun üçün kreditin verib-verilməməsini dəyərləndirəcəklər.

Bununla yanaşı, kredit-maliyyə bürolarının işi Milli Bankın nəzarəti ilə həyata keçiriləcək.