Kredit tarixinin qeydiyyat qaydaları dəyişdirildi - "Qara siyahı" termini aradan qaldırılacaq

Bundan sonra “qara siyahı” termini aradan qaldırılacaq və istifadəçilərin kredit tarixlərinin qeydiyyat qaydaları dəyişdiriləcək.

Yeniliyə əsasən, kredit borcunun ödənişinin gecikdirildiyi zaman, vətəndaşlara mənfi status verilməyəcək.

Maliyyə təşkilatları sadəcə olaraq, istifadəçinin borclarını necə ödədiyini dəyərləndirəcəklər və ona kreditin verilib-verilməməyəcəyinə sonra qərar verəcəklər.

Kredit-informasiya bürolarının işi isə, bundan sonra Milli Bankın nəzarəti altında aparılacaq.