Kote Apxazava küçəsində və onun yaxın ərazilərində zonal parkinq sistemi qüvvəyə mindi

Bugündən etibarən Kote Apxazava küçəsində və onun yaxın ərazilərində zonal parkinq sistemi qüvvəyə mindi.

Pilot layihəsinin başlaması ilə bağlı paytaxtın meri Kaxa Kaladze bugün Apxazava küçəsində yerləşən informasiya kioskunu ziyarət etdi və zonal parkinq ilə bağlı konsultasiya aldı.

Parkinq qiymətinin ödənilməsi hər növlü smartfona yazılan aplikasiya vasitəsi ilə mümkündür.

Kote Apxazava küçəsində parkinqin 15 dəqiqəsi pulsuzdur, sonra isə qiyməti bir saat üçün bir laridən başlayır.

Tbilisi merinin dediyinə görə, zonal parkinq mərhələ şəklində bütün küçələrə və rayonlara yayılacaq.