Koronavirusun yeni hallarından 165 Acarıstanla, 34 Tbilisi ilə, biri isə, Duşeti ilə bağlıdır
Tbilisi İnfeksiya Xəstəxanasının bokslaşdırma bölməsinin rəhbəri Marina Endeladzenin bəyanatına görə, Gürcüstanda təsdiqlənən 227 yeni koronavirus hallarından 165 Acarıstanla, 34 Tbilisi ilə, biri isə, Duşeti ilə bağlıdır.
Digər hallar isə, müxtlif regionlarda qeydə alınıb.
Gürcüstanda bu vaxt üçün infeksiyanın laboratoriya tərəfindən təsdiqlənən hallarının sayı 4 140-dır, sağalan pasiyentlərin sayı 1 643, həlak olanların sayı isə, 24-dür.