Koronavirusun yayılmasına görə, Beytləhm şəhərində karantin elan edildi

İsrailin Müdafiyə Nazirliyinin qərarı ilə, koronavirusun yayılmasına görə, Beytləhm şəhəri müvəqqəti olaraq, bağlandı.

Bu qərar Fələstin muxtariyyatının lideri tərəfindən şəhərdə 30 günlük fövqəladə vəziyyətin elan edilməsindən sonra verildi.

Müvəqqəti olaraq, şəhərdə bütün kilsələr bağlanıb. Turistlər müqəddəs yerləri müvəqqəti olaraq, görə bilməyəcəklər.

Fələstin muxtariyyatının liderləri bəyan edirlər ki, bağlanmayan mehmanxanaların sahibləri cərimələndiriləcəklər.

Reutersin məlumatına görə, karantin iki həftə davam edəcək.

Beytləhm şəhərinin yaxınlığında martın 5-də, koronaviriusn yeddi halı mehmanxanaların birində qeydə alındı.

Şəhərdə bütün məktəblər və universitetlər də bağlıdır.