Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamğrelidze bildirir ki, ola bilsin koronavirusla əlaqədar PCR və antigen sürətli testi ödənişsiz olmasın.
Bununla yanaşı, Koordinasiya Şurasında Xəstəliklərə Nəzarət Mərkəzi, müəyyən obyektlərə vaksinasiya və ya testin mənfi cavabı halında daxil olmağın mümkünlüyünə dair təşəbbüslə çıxış edib.
“Xəstəliklərə Nəzarət Mərkəzi olaraq təklifimizi irəli sürdük. Bu yeni velosiped deyil. Bilirsiniz, bir çox ölkələr artıq müxtəlif müəssisələrə, məsələn, qonaqçılıq müəssisələrinə, kafelərə, restoranlara, gözəllik salonlarına, gimnaziyalara, idman salonlarına və s. daxil olmaq üçün bundan istifadə edir. Peyvəndləmənin əhatə dairəsinin yüksək olduğu qərb ölkələrində, onlar tam peyvəndlənənlərə icazə verirlər, lakin bizdə 10 faizi keçənə qədər, hazırda 7 faizdəyik, hələlik bir dəfə peyvənd olunmuşların da heç bir əlavə tədbir olmadan, yəni peyvənd olmadan, son 72 saatda PCR test etdirmədən və mənfi cavab olmadan, və ya son 24 saatda sürətli antigen testi aparmadan, qapalı yerlərə daxil olmasına icazə veririk. Dövlət əhaliyə pulsuz peyvənd olmaq imkanı veririr, lakin biz peyvənd olmuruqsa və restorana getmək, bu müəssisələrdə qonaq olmaq istəyiriksə, o zaman buyurun öz hesabınıza və ya işəgötürəninizin hesabına test üçün pul ödəyin”- deyə Amiran Qamğrelidze bildirir.