Koronavirusun beş yeni halından üçü xaricdən gətirilib, ikisinin infeksiya mənbəyi isə, axtarılır
Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaianın bəyanatına görə, Gürcüstanda aşkarlanan koronavirusun beş halından üçü xaricdən gətirilib, ikisinin infeksiya mənbəyi isə, axtarılır.
Onun dediyinə görə, bu vaxt üçün covid-mərkəzlərində 246 nəfər müalicə olunur.
Tbilisi İnfeksiya Xəstəxanasında koronavirus diaqnozu ilə, 42 nəfər müalicə görür.
Marina Ezuqbaianın dediyinə görə, onların vəziyyətləri stabildir və xəstəxanada ağır vəziyyətli pasiyent yoxdur.