Koronavirusun aşkarlanmasının günlük müsbətlilik göstəricisi 8.75%-i, son 7 gün ərzində 10.06 %-i təşkil edir
Koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi son 7 gün ərzində 10.06 %-i təşkil edir. Bu barədə hökumətin xüsusi veb saytında stopcov.ge-də məlumat dərc edilib.
Bugünkü müsbətlilik göstəricisi 8.75 %-i, son 14 günün göstəricisi isə -10.02 %-i təşkil edir.
Bu gün Gürcüstanda koronavirusa 4 445 yeni yoluxma halı qeydə alınıb, 3 508 pasiyent sağalıb, 77 nəfər isə vəfat edib.
Dünən, noyabrın 11-də Gürcüstanda koronavirusa 4 563 yeni yoluxma halı qeydə alınıb, 4 744 nəfər sağalıb, 77 nəfər vəfat edib.