Koronavirusun aşkarlanmasının gündəlik müsbətlilik göstəricisi 33.7 faiz, son 7 günün göstəricisi isə 32.19 faiz təşkil edir
Koronavirusun aşkarlanmasının gündəlik müsbətlilik göstəricisi 33.7 faiz, son 7 günün göstəricisi isə 32.19 faiz təşkil edir

 

Koronavirusun aşkarlanmasının son 7 gün ərzində müsbətlilik göstəricisi 32.19 faiz təşkil edir.
Bu barədə məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.

Bugünkü müsbətlilik göstəricisi 33.7 faizdir, son 14 günün göstəricisi isə -32.01 faiz təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa 19 049 yeni yoluxma halı qeydə alınıb, 18 409 nəfər sağalıb, 51 nəfər vəfat edib.

Dünən, fevralın 14 -də Gürcüstanda koronavirusa 4 028 yoluxma halı qeydə alınıb, 22 517 pasiyent sağalıb, 21 nəfər isə vəfat edib.

Bununla yanaşı, dünən Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib ki, texniki işlər səbəbilə fevralın 14-ü üçün koronavirusa yoluxanlarla bağlı tam məlumatı yükləmək mümkün olmayıb, bu səbəbdən də bu gün dərc olunan göstəricilər həm bazar gününün, həm də bazar ertəsi gününün yoluxma hallarını əhatə edir.