Koronavirusun aşkarlanmasının gündəlik müsbətlilik göstəricisi 33.61 faiz, son 7 günün göstəricisi isə 31.86 faiz təşkil edir
Koronavirusun aşkarlanmasının gündəlik müsbətlilik göstəricisi 33.61 faiz, son 7 günün göstəricisi isə 31.86 faiz təşkil edir

 
Koronavirusun aşkarlanmasının son 7 gün ərzində müsbətlilik göstəricisi 31.86 faiz təşkil edir.
Bu barədə məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.

Bugünkü müsbətlilik göstəricisi 33.61 faizdir, son 14 günün göstəricisi isə -28.31 faiz təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa 24 616 yeni yoluxma halı qeydə alınıb, 18 221 nəfər sağalıb, 54 nəfər vəfat edib.

Dünən, fevralın 7-də Gürcüstanda koronavirusa 11 235 yoluxma halı qeydə alınıb, 17 130 pasiyent sağalıb, 34 nəfər isə vəfat edib.