Koronavirusun aşkarlanmasının gündəlik müsbətlilik göstəricisi 21.24 faiz, son yeddi günün göstəricisi isə 18,01 faiz təşkil edir
Koronavirusun aşkarlanmasının gündəlik müsbətlilik göstəricisi 21.24 faiz, son yeddi günün göstəricisi isə 18,01 faiz təşkil edir

 
Son 7 gün ərzində koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi 18,01 fazi təşkil edir. Bu barədə məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc olunub.

Bugünkü müsbətlilik göstərici 21,24 faiz, son 14 günün isə 14,15 faiz təşkil edir.

Bu gün “Covid-19”a yoluxması təsdiqlənənlərin sayı 15 762 nəfər olub, 5 160 pasiyent sağalıb, 42 nəfər dünyasını dəyişib.

Dünən, yanvarın 24-də Gürcüstanda 9696 nəfərdə Koronavirus təsdiqlənib, 5408 pasiyent sağalıb, 28 nəfər isə vəfat edib.