Koronavirusun 4 570 halından 331-i Acarıstanda qeydə alındı
Koronavirusun 4 570 halından 331-i Acarıstanda qeydə alındı

Acarıstanda son 24 saat ərzində, koronavirusun 331 yeni halı qeydə alındı, 389 pasient sağaldı.

Acarıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda regionun klinikalarında 943 pasient müalicə olunur, covid-mehmanxanalarda – 1 629, evlərdə həkim nəzarəti altında isə, 3 210 pasient müalicə olunur.

Bununla yanaşı, 49 pasientin vəziyyəti ağırdır və sünii nəfəs alma aparatı vasitəsi ilə nəfəs alır.

Ümumilikdə, Acarıstanda koronavirusdan sağalan pasientlərin sayı 23 860-dir.