Koronavirusun 182 halından 129 Acarıstanla bağlıdır

Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaianın bəyanatına görə, koronavirusun 182 yeni halından 129 Acarıstanla, 11 Kobuleti ilə, üçü Keda ilə, biri Şuaxevi ilə, 34 Tbilisi ilə, 11 İmereti ilə, dördü isə, Kvemo-Kartli ilə bağlıdır.

Həmçinin üç hal Quriya və biri isə, Kaxeti ilə bağlıdır.

Marian Ezuqbaianın dediyinə görə, Gürcüstanda müalicə nəticəsində 13 pasiyent sağaldı və ümumilikdə, sağalan pasiyentlərin faiz göstəricisi 46-dır.