Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaianın dediyinə görə, koronavirusun 15 yeni halından 9-u Svanetiyə səyahətlə bağlıdır, dördü isə, aşkarlanan halların kontaktlarıdır.
Koronavirusa yoluxan yenə bir nəfər isə, yük maşını sürücüsüdür və onun infeksiya mənbəyi hələlik naməlumdur.
Marina Ezuqbaianın dediyinə görə, hazırda covid-mərkəzlərdə 216 pasiyent müalicə olunur, onlardan 6-nın vəziyyəti kritikdir.