Koronavirusla bağlı PCR testlərin keçirilməsi Kaxetidə də başlayacaq

Koronavirusla bağlı PCR testlərin keçirilməsi yaxın günlərdə Kaxetidə bölqəsində başlayacaq,- bu barədə məlumatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin Kaxeti bölməsinin rəhbəri Neli Xizanişvili verdi.

Onun dediyinə görə, bölməyə artıq gərəkən testlər paket verildi və vətəndaşları yoxlayan mütəxəssislər test üçün hazırlaşırlar.

“Koronavirus nəticələrini öyrənən laboratoriyamız Kaxetidə yoxdur. Gündəlik testlərin yaxın gələcəkdə 3000-ə artacağına görə, bizə bir laboratoriya lazımdır. Hazırda koronavirus testlərinin cavabını 12 laboratoriya verir” – dedi Neli Xizanişvili.