Koronavirusdan yeddi pasiyent Tbilisidə, dördü isə, Batumidə həlak olub
Koronavirusdan yeddi pasiyent Tbilisidə, dördü isə, Batumidə həlak olub

İdarələrarası Koordinasiya Şurasının nəzdində mövcud olan əməliyyat qərargahının rəhbər müavini Berdia Siçinavanın məlumatına görə, koronavirusdan yeddi pasient Tbilisidə, dördü Batumidə, ikisi Kutaisidə, biri Qoridə, biri isə, Mtsxetada həlak olub.

“Təəssüf ki, bugünki vəziyyətlə, son 24 saat ərzində, koronavirusdan 15 ölüm faktı qeydə alınıb. Ümumilikdə isə, Gürcüstanda koronavirusdan həlak olanların sayı 158-dir.

Onlardan yeddi pasient Tbilisidə, dördü Batumidə, ikisi Kutaisidə, biri Qoridə, biri isə, Mtsxetada həlak olub, – dedi Berdia Siçinava.