Koronavirusdan həlak olan 30 yaşına qədər gənc Tbilisi Dəniz Hospitalında müalicə olunurdu
Koronavirus nəticəsində həlak olan 30 yaşına qədər pasient Tbilisi Dəniz Hospitalında müalicə olunurdu.
Bu barədə məlumat Birinci Kanala hospitaldan verildi.
Onların məlumatına görə, pasient hospitala oktyabrın 18-də, Ninotsmindadan gətirilmişdi.
Klinikaya daxil olan kimi, pasientin vəziyyəti ağırlaşdı.
Bir neçə gün öncə isə, pasientdə hərarət və yüksək temperatur var idi və təcili tibbi yardıma gec müraciət etdi.
Hospitalda bəyan edirlər ki, pasient ağır kiloluydu, ancaq yan xəstəlikləri yox idi.
30 yaşa qədər olan pasient oktyabrın 19-da, koronavirus testinin cavabı gələnə qədər həlak oldu.
Hospitalda bəyan edirlər ki, pasient gətirilən kimi, ilk şübhə koronavirus oldu.
Pasientə gərəkən müalicə edildi, ancaq həyatını xilas edə bilmədilər.