Koronavirusdan bugün həlak olan 28-ci pasiyentin xronik xəstəlikləri və diabeti var idi

Koronavirusdan bugün həlak olan 28-ci pasiyentin bir sıra xronik xəstəlikləri və diabeti var idi.

Kutaisi İnfeksiya Xəstəxanasının tibbi direktoru Nodar Mağlakelidze jurnalistlərə bəyan etdi ki, 59 yaşlı qadın klinikaya iki tərəfli pnevmoniya və sepsis diaqnozu ilə yerləşdirilmişdi.

“Pasiyentin şəkər diabeti də var idi. Klinikaya gətiriləndə iki tərəfli pnevmoniya və sepsisə görə, nəfəs çatışmazlığı var idi. İki il öncə isə, ürək əməliyyatı keçirib” – dedi Nodar Mağlakelidze.

Həlak olan pasiyent Acarıstandan idi.