Koronavirusa yoluxmuş pasiyentlərdən sonuncusu ildönümündə iştirak edirmiş, onunla birgə olan bütün digər şəxslər öztəcriddədirlər
Gürcüstanda koronavirusa yoluxmuş pasiyentlərdən sonuncusu ildönümündə iştirak edirmiş,onunla birgə olan bütün digər şəxslər isə öztəcriddədirlər.
Səhiyyə naziri, Ekaterine Tikaradzenin də qeyd etdiyi kimi, bu insanlar müşahidə altındadırlar.
“İldönümündə iştirak edən bütün şəxslərin kimlikləri müəyyənləşdirilib,bu mərhələdə onlar öztəcriddədirlər. Bizim Monitorinq Xidməti və epidemioloqlar tərəfindən bu insanların müşahidə olunması davam etdirilir”- deyə Tikaradze bildirib.
Müəllif – Sevinc Mustafayeva