Koronavirusa yoluxma hallarına görə, Tbilisidə 14 uşaq bağçası müvəqqəti olaraq bağlanılıb
Koronavirusa yoluxma hallarına görə, Tbilisidə 14 uşaq bağçası müvəqqəti olaraq bağlanılıb

 

Tbilisidə, uşaq bağçalarının işçiləri və körpələr arasında “Covid-19” -un təsdiqlənməsi səbəbindən 14 uşaq bağçası bağlanıb. Məlumatı Gürcüstanın Birinci Kanalına Uşaq Bağçalarının İdarəsi Agentliyində təsdiqləyiblər.

Bağlanmış uşaq bağçaları: 100-cü, 72-ci, 145-ci, 45-ci, 75-ci, 86-cı, 186-cı, 15-ci, 173-cü, 38-ci, 10-cu, 74-cü, 53-cü, 135-ci.

Agentlikdən bildirirlər ki, Tbilisinin uşaq bağçaları mövcud ağır pandemiya vəziyyəti ilə əlaqədar olaraq, Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş tənzimləmələrə və tövsiyyələrə uyğun fəaliyyət göstərir.

“Tənzimləmələr detallı şəkildə yazılıb və onların yerinə yetirilməsi üçün ötən il Uşaq Bağçalarının İdarəsi Agentliyi bir sıra layihələr həyata keçirib. Bu cür tövsiyyələrdən biri, müəssisədə “Covid-19″-a bir yoluxma halının təsdiqlənməsi halında belə uşaq bağçasının karantin müddəti ilə bağlanılmasını və təmasda olan şəxslərin təcrid olunmasını nəzərdə tutur”-deyə agentlikdə bildiriblər.

Ölkə miqyasında uşaq bağçalarında təlim-tərbiyə prosesi oktyabrın 4 -dən etibarən başlayıb.