Koronavirusa yoluxan üç pasiyentdən ikisi karantin zonasındandır, biri isə, təsdiqlənən halın kontaktıdır

Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaianın bəyanatına görə, Gürcüstanda qeydə alınan üç yeni koronavirus halından ikisi karantin zonasındandır, biri isə, təsdiqlənən halın kontaktıdır.

“Dünənki göstəricilərlə Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 911 idi, bugün yenə üçn hal artdı və hazırda 914 hal qeydə alınır. Sağalan pasientlərimizin sayı üçlə artdı və hazırda 771-dir. Koronavirusa yoluxan üç pasiyentdən ikisi karantin zonasındandır, biri isə, təsdiqlənən halın kontaktıdır” – dedi Marina Ezuqbaia.

Onun məlumatına görə, hazırda covid mərkəzlərində 129 pasiyent müalicə olunur.