Koronavirus - tez-tez soruşulan suallar və cavablar
Koronavirus - tez-tez soruşulan suallar və cavablar

Niyə koronavirus insanları  adi  qripdən  daha  çox  narahat  edir ?

 

Mövsümi  qripə  yoluxmuş  insan  orta  hesabla 1.3  insanı  virusa yoluxdura  bilər. “ Covid-19”-a  gəlincə  isə, mütəxəssislərin  də  təyin  etdiyi  kimi,  bu  virusa yoluxmuş  insanlar  adi  qrip  ilə  müqayisədə  orta  hesabla  2-4 arası  insanı  xəstəliyə  yoluxdura  bilərlər.

Bu rəqəmə Reproduktiv Faktor (RO) deyilir. Müvafiq  olaraq  virus daha  sürətlə yayılır və bu da həddən artıq  yüklənmiş  səhiyyə sistemini iflic edə bilər

 

Niyə bu  virusdan     narahat  olmalıyam  ,yoluxmuş olsam belə  ?  Axı  bu təhlükəli deyil və ölüm nisbəti aşağıdır?

“Covid -19” –un ölüm nisbəti   əsasən 50 yaşdan kiçik insanlarda  həqiqətən də   aşağı  səviyyədədir.Lakin virus yaşlı xəstələrdə daha təhlükəli olur. Ümumdünya Səhiyyə Təşkilatı, koronavirusun ölüm nisbətinin 3,4 faiz  olacağını ehtimal  edir.

Ənənəvi mövsümi qriplə müqayisədə bu göstərici  yüksəkdir, lakin bu halda da  nəzərə  alınmalıdır  ki,  orta nisbət yaş  qruplarına  görə  dəyişir. Tədqiqatlar göstərir ki, “Covid-19”  ən  çox  yaşlı insanlara  ,ürək-damar xəstəlikləri, diabet və ya xərçəng xəstəliyi olan və  immuniteti zəif olanlar üçün təhlükə  yaradır.  Bu halda ölüm nisbəti 9 ilə 19 faiz  arasında dəyişir.

Nəticə  etibarı  ilə  ,    risk qrupunda olmasanız  belə ,  biz  hamımız  ictimai  səhiyyə  üçün  təhlükə  yaratmamaqda    məsuliyyət daşıyırıq və virusun yayılmasının və səhiyyə sisteminin həddindən artıq yüklənməsinin qarşısını almaq üçün müəyyən tədbirlər görməliyik. Belə bir şey İtaliyada artıq baş verib.

Burdaca  ənənəvi qrip və “Covid-19”-un  ölüm nisbətlərini yaş qruplarına əsasən  müqayisə edə bilərsiniz.

 

 “Covid-19”-a yoluxarsam  niyə narahat  olmalıyam ki, bu fakta  alışsam  daha  yaxşı olmazmı? Mən virusa görə öz  həyatımın  qaydalarını  dəyişmək  istəmirəm,həm təhlükəli də görünmür.

Eqoist olmayın və   tibbi  resurslara  sizdən  daha  çox  ehtiyyacı  olan  insanların  əlindən  bu imkanı  almayın. Bu, virusla mübarizədə   bizə istiqamət  göstərən  etik Şimal  Ulduzumuz olmalıdır.Bizim  əsas məqsədimiz  virusun geniş  şəkildə  yayılmasının  qarşısını  almaq olmalıdır  ki, (diaqnostika,müalicə,oksigen) kimi   səhiyyə  resursları buna  daha  çox  ehtiyyacı  olan  insanlar  üçün əlçatan  olsun. Virusun yayılması  tempini  yavaşlada bilsək, cavab tədbirlərini  görmək və hazırlaşmaq  üçün  daha çox vaxtımız olacaq. Virusun sürətini yavaşlatmaqla  bir çox insanın həyatını xilas edəcəyik. Səhiyyə  sistemini  həddən  artıq  yükləsək  , bir çox xəstə lazımi müalicəni  ala  bilməyəcək.

 

“Sars”, “Mers” və ya “QİÇS”  kimi  xəstəliklər  axı  daha  təhlükəlidir.O zaman niyə məni  məhz “Covid-19”  narahat  etməlidir?

Bu halda  əsas məsələ ölüm nisbəti deyil, epidemiyanın nəticəsidir. Digər virusların reproduktiv amilini və bəzi insanların formalaşdırdığı  immun  sistemini  nəzərə alarsaq, yeni  növ koronavirusa nisbətən bu xəstəliklərin yayılmasına nəzarət etmək daha asandır. “Covid-19 “ yenidir  və bu  səbəbdən  heç  kim  virusa  yoluxmaqdan  sığortalanmayıb.Hər  il insanlarda  qripə  qarşı imunitet  yaranır,çünki  daha  əvvəl  bu  viruslara  yoluxub  və  ya peyvənd  olunublar. “Covid-19”  -a  qarşı  isə  peyvənd  yoxdur.Böyük  ehtimalla  peyvənd  bir  tək  2021-ci  ilin  birinci  yarısı  üçün  geniş  kütlələr  üçün əlçatan  olacaq. Eyni zamanda  xəstəliyə  qarşı  hər birimiz  həssasıq  və  bir  çox insanın  yoluxacağını  gözləməliyik

 

Nə  qədər  insan  virusa  yoluxacaq  və  bu  həqiqətən  ciddi  məsələdir  mi?

Bəli, məsələ ciddidir, çünki virusu dayandırmaq üçün real maneələr yoxdur və reproduktiv amilin  bu qədər yüksək olmasını  nəzərə  alarsaq  ,  ehtimal ki planetin əhalisinin 20-70 faizinə qədəri  virusa yoluxacaq.

Bu təxminən 1,5 milyard insan  edir. Əgər  orta  ölüm  nisbəti    iki faizdirsə,  o  zaman “Covid -19”-a   dünyada 30 ilə 100 milyon arası  insanın  qurban  gedəcəyini   deyə  bilərik.   Bu, şişirdilmiş bir rəqəm ola bilər, çünki yeni növ koronavirusun ölüm əmsalını heç kim dəqiq bilmir, lakin Ümumdünya Səhiyyə Təşkilatı bunun orta hesabla 3,4 faiz olduğunu ehtimal  edir.

Bununla  belə  nəzərə almaq lazımdır ki, virus sürətlə yayılar  isə   , o zaman səhiyyə sistemi iflic olacaqdır. İnsanların  həyatlarını     xilas etmək  üçün   mümkün qədər tez təcili tədbirlər görmək lazımdır.

Veb-səhifəyə  daxil  ola  ,yoluxanlar  və  sağalanların  sayı  barədə  onlayn  rejimdə  məlumat  ala  bilərsiniz.

 

Virus hansı  sürətlə yayılır?

Bu  hələ dəqiq bilinmir. Lakin,  virusa yoluxanların sayının bir gündə iki dəfə artması halları olub. Bu o deməkdir ki, ciddi tədbirlər görülməzsə     infeksiya bir neçə ay ərzində planetin  əhalisinin böyük bir hissəsinə yayıla bilər. Buna   ətraf mühitin virusa necə təsir etməsinin  bilməmiz  də  əlavə  olunur.

 

Yəni  qrip halında olduğu  kimi bütün  bunlar  yayda   qurtarmayacaq  mı ?

Bu  hələ   bilinmir. Mütəxəssislərə , xəstəliyin yüksək temperaturda yüngülləşə   biləcəyini düşündürən bir sıra səbəblər var. Lakin reproduktiv amili nəzərə alsaq, bu yavaşlama qrip kimi olmayacaq .Virusa  yoluxma   halları havanın orta temperaturunun yüksək olduğu ölkələrdə də qeydə alınıb.Bununla  yanaşı nəzərə  alınasıdır  ki, yoluxmuş  insanların  bir  hissəsində  virus  simptomları  qeydə alınmır  və  ya  kəskin şəkildə  özünü biruzə vermir,müvafiq  olaraq onlar  infeksiyanı  yayırlar.    Temperaturun artması ilə virusun  müxtəlif  əşyaların  üzərində uzunmüddət   qala  bilməməsi  yaxşı  bir  haldır ,lakin    bunun “Covid-19”-un  yayılmasına necə təsir edəcəyi   hələlik  məlum deyil.Nəticə  etibarı  ilə ,virus  ola  bilsin  yüksək  temperatura   dözsün  və ya  yavaşısın  və yaz ayları  keçdikdən  sonra  yenidən adi  dinamikasına  geri  qayıtsın.

Peyvənd  nə  zaman  əlçatan  ola  bilər? Bütün  bunları dayandıra  bilmərik  mi?

Peyvənd artıq hazırlanır, amma sınamaq və bazara çıxarmaq üçün vaxt lazımdır. Bəzi işçi qrupları  peyvəndin artıq mövcud olduğunu iddia edirlər. Ancaq buna baxmayaraq, peyvəndin  sınaqdan  keçirilməsi  , istehsalına  başlanılması  və s. üçün  vaxt  lazımdır.   Milyardlarla insan üçün  peyvəndin  istehsalı     və çatdırılması asan olmayacaq. Bu, vaxt, pul və hökumətlər tərəfindən əlaqələndirilmiş  iş  tələb  edir.Mütəxəssislər   ehtimal  edirlər  ki, peyvənd 2021-ci ilin birinci rübündə geniş kütlələr  üçün  əlçatan olacaq.

 

Özümüzü  necə  qorumalıyıq? Dezinfeksiya  vasitələri  ilə  təchiz  olunmağa  dəyər  mi?

Ən yaxşı qorunma yollarından  biri   əllərinizi sabunla yumaqdır. Üz, burun və gözlərə də toxunmamaq lazımdır. Bəli, yüksək spirtli məhlullar da təsirli olur, lakin   su və sabun yenə  də ən  vacibdir. Sabun molekulları virusa nüfuz edə bilər və  buna  virusu sabunla asanlıqla yuyub apara biləcək su da  əlavə olunur.  Dezinfeksiyaedici  məhlullar virusu öldürür, lakin  o  yenə  də  əldə qalır. İnsanlar arasında məsafəni qorumaq da vacibdir və zərurət  olmadığı  halda   kütləvi tədbirlərə  qatılmaqdan çəkinmək lazımdır.

 

 Çin  və  C.Koreya  virusun  yayılması  tempinin  yavaşlamasını  və onun  dayandırılmasının  mümkün  olmasını   təsdiqləyiblər.Biz niyə  eyni şeyi  etmirik?

Çin və Cənubi Koreya xəstəliklə mübarizə üçün təcili tədbirlər gördülər. Çində həftələrlə böyük şəhərləri bağlaya bilən avtoritar idarəetmə mövcuddur.

Avropa və ABŞ-da  hökumətlər  bunu etməkdə çətinlik çəkəcəklər. Lakin  ,əlbətdə ki,  biz  məktəblərin bağlanılmasına  , tədbirlərin  ləğv olunmasına , hərəkətin məhdudlaşdırılmasına  şahid  oluruq. 1918-ci ilin  qrip virusunun  mütəxəssisi Nicholas Kristakis, bu cür tədbirlər  nə qədər tez görülsə, virusdan bir  o qədər   çox insanın  sağ qalacağını iddia edir.

Həyat nə zaman  normal məcrasına qayıdacaq?

Bu  hələ    bilinmir. Yaxın aylarda planların hazırlanması ehtimalı var. Bununla belə , yayın başlaması ilə virusun yayılmasının yavaşlaması ehtimalı olduğu üçün dünyanın bir hissəsində vəziyyət yaxşılaşa bilər. Peyvəndin 2021-ci ilin əvvəlində  geniş yayılacağını nəzərə alarsaq, o  zaman bu  vaxtadək  hələ  də   təlaş olması  gözlənilir. Buna görə vəziyyətin iki gün və ya iki həftə içərisində   yaxşılaşacağını gözləməyin.

 

Niyə bütün konfranslar ləğv edildi? Planlaşdırılmış   konfransa getməyə dəyməz mi?

ABŞ –ın Xəstəliklərə Nəzarət və Prevensia  Mərkəzi , təxirəsalınmaz zərurət olmadan  səyahətdən  yayınmağa  dair  tövsiyyə  verib.  Bu yolla virusun yayılmasını dayandırmaq mümkündür. Tədbir iştirakçıları, sponsorlar və digər podratçılar tələb etdikləri üçün bəzi təşkilatçılar konfransın keçirilməsindən  şəxsən  imtina  edirlər. Bəzi hallarda hökumət kütləvi tədbirləri qadağan edir. Ümumiyyətlə, sosial  məsuliyyət çərçivəsində böyük məclislərdə iştirakdan imtina etmək ən yaxşı addım olardı. Lakin  yenə  də    səyahət etməyə  məcbursunuz  isə  , o zaman  avtomobil və ya qatarla səyahət etmək daha yaxşıdır.

 

Görünür  panika  xəstəlikdən  daha  təhlükəlidir.  Niyə  bu  qədər  narahat  olmalıyıq? İnsanlar  niyə  qorxurlar?

Bəli, panika  , narahatçılıq və qorxu tamamilə faydasızdır. Realist olmalı və hazırlaşmalıyıq. Cavab tədbirləri  haqqında düşünmək üçün rasional   çərçivəyə sahib olmalıyıq. Əlbəttə, hökumətin tam şəffaf olması lazımdır. Riski  minimuma endirmək üçün müvafiq addımlar atıla bilər. Vətəndaşlara gəldikdə  isə , ölkənizdə  virusun  geniş  yayılması  halında,  iki-üç həftəlik qida və dərman ehtiyyatını  görməniz  arzuolunandır. Bununla  belə  sizdən daha ağır xəstələrə fayda gətirəcək respirator maskaları və digər tibbi ləvazimatları almaqdan çəkinməlisiniz.

Məqalə medium.com veb saytına əsasən hazırlanmışdır. Onun müəllifi onlayn dezinformasiyaya  qarşı  çalışan    ekspert Devid Troydur.