Koronavirus infeksiyasına yoluxması səbəbi ilə , bu gün 30-dək abiturient milli imtahanlara getməyib

 

Səhərə olan  məlumatlara görə, koronavirus infeksiyasına yoluxması  səbəbindən bu gün təxminən 30 abituriyent milli imtahanlara getməyib. Qiymətləndirmə və Milli İmtahan Mərkəzinin direktoru Sophio Qorqodze bu barədə Rustavi İmtahan Mərkəzində jurnalistlərə məlumat verib, bəhsi keçən imtahan mərkəzində o, imtahanların gedişatı prosesi ilə tanış olub.

Qorqodzenin sözlərinə görə, yoluxmuş abituriyentlər üçün əlavə imtahan sessiyası təyin ediləcək.

Vahid milli imtahanlar bu gün gürcü dili və ədəbiyyatı imtahanı ilə davam edir. 25 imtahan mərkəzinin hamısında abituriyentlərin qeydiyyatı prosesi səhər saat 08: 00-da başlayıb.

Sophio Qorqodzenin sözlərinə görə, bütün imtahan mərkəzlərində qeydiyyat prosesi dinc şəkildə aparılıb.

Mərkəzin direktou ilk imtahan gününü də yekunlaşdırıb. Onun sözlərinə görə, ilk gün dinc şəkildə keçib və qeydiyyatdan keçən abiturientlərin 94%-i imtahanlara gedib.

Gürcü dili və ədəbiyyatı imtahanı iki sessiya olaraq keçirilir. İlk sessiya 25 imtahan mərkəzinin hamısında səhər saat 09:00-da başladı. Ikinci imtahan isə saat 14:00-da başlayacaq.

Sophio Qorqodze, abituriyentləri imtahan mərkəzlərinə qeydiyyatdan keçmək üçün vaxtında getməyə  çağırır.

Məlumat üçün bildirək ki, koronavirus infeksiyası səbəbindən dünən 20-yə qədər abituriyent milli imtahanlara getməyib.