Koronavirus hallarının təsdiqlənməsinə görə, Tbilisidə 20 uşaq bağçası bağlandı

Personal və uşaqlar arasında koronavirus hallarının aşkarlandığına görə, Tbilisidə yenə altı uşaq bağçası bağlandı.

Bu barədə məlumatı Birinci Kanala Uşaq Bağçalarının İdarəetmə Agentliyinin rəhbəri Kaxa Qvantseladze verib.

Qvantseladzenin dediyinə görə, oktyabrın 12-dən, koronavirusa görə, 20 uşaq bağçası bağlanıb.

Bağlanan uşaq bağçaları bunlardır: #35, #53, #89, #153, #190, #93, #99, #29, #36, #4, #21, “Xutkunçula”, #16, #72, #213, #186, #59, “İmedi” #216, #160.