Koronavirus haqqında ictimaiyyətin məlumatlandırılması üçün iqtidar xüsusi veb-səhifə - stopcov.ge hazırladı
Baş nazirin rəhbərliyi ilə koronavirusla bağlı idarələrarası koordinasiya şurasının növbəti iclası keçirildi.
İqtidar administrasiyasının məlumatına görə, şura iclasında Səhiyyə Naziri Ekaterine Tikaradze qeyd etdi ki, koronavirusla infeksiya halları artmayıb, yoluxan üç nəfərin vəziyyəti isə, qənaətbəxşdir.
İclasda həmçinin, qeyd olundu ki, martın 2-dən 16-na qədər Gürcüstan miqyasında bütün ictimai məktəblərdə təhsil prosesi dayandırılıb.
Gürcüstanın baş naziri iqtisadi dəstəyə tapşırdı ki, Milli Bankla bərabər, elə bir xüsusi plan hazırlasın, hansı ki, virusun ölkə iqtisadiyyatına mənfi təsirini minimuma düşürəcək.
İctimaiyyətin intensiv məlumatlandırılması üçün isə, hökümət tərəfindən xüsusi veb-səhifə yaradıldı: www.stopcov.ge, hansında dünya Səhiyyə Təşkilatının və Səhiyyə Nazirliyinin tövsiyyələri yerləşdiriləcək və həmçinin hökümət tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat veriləcək.