Koronavirus əleyhinə peyvəndləmə üçün yaradılmış qeydiyyat veb-səhifəsində xəta yaranıb
Koronavirus əleyhinə peyvəndləmə üçün yaradılmış qeydiyyat veb-səhifəsində xəta yaranıb

 

Koronavirus əleyhinə peyvəndləmə üçün yaradılmış qeydiyyat veb-səhifəsində xəta yaranıb.

Qeydiyyat prosesində xətaya nəyin səbəb olması bilinmir. Veb-səhifədə yazılana görə, “texniki yeniləmə aparılır “.

Səhiyyə Nazirliyinin bazasında yaradılan https://booking.moh.gov.ge portalında “Sinopharm” ilə peyvəndlənmək üçün qeydiyyat bu gün saat 12: 00-da bərpa olunmalı idi, lakin vətəndaşlar peyvənd üçün qeydiyyatdan keçə bilmirlər .

Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzdən Gürcüstan Birinci Kanalına bildirildiyi üzrə, qurumdan daha sonra açıqlama veriləcək.

Bununla yanaşı , koronavirus göstəriciləri ilə əlaqədar gündəlik statistika hökumətin xüsusi veb-səhifəsində stopcov.ge-də bu vaxtadək yenilənməyib.