Koordinasiya Şurasında bildirirlər ki, “Omicron” səbəbi ilə yoluxma halları artır, lakin xəstəxana sektorunun yükü artmayıb
Baş nazir İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Hökumət Administrasiyasında bu gün keçirilən Qurumlararası Koordinasiya Şurasının iclasında Gürcüstandakı epidemioloji vəziyyət, xəstəxana sektorunun yüklənmə göstəricisi və peyvəndləmə prosesi müzakirə olunub.
Şuranın iclasında qeyd olunub ki, “Omicron” ştamının yayılmasının yüksək tempini nəzərə alaraq, ölkədə infeksiyaya yoluxma halları artır, lakin xəstəxana sektorunun yükü artmayıb. Mütəxəssislərin qiymətləndirmələrinə görə, peyvənd edilmiş şəxslərdə həm “Omicron”, həm də “Delta” ştamı yüngül formada inkişaf edir və yoluxmuş şəxslərin xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranmır. Virusun yüngül ötürülməsi üçün gücləndirici dozaların əhəmiyyəti bir daha vurğulanıb.
” Qurumlararası Koordinasiya Şurası bir daha vətəndaşları peyvəndləmə prosesində fəal iştirak etməyə, maska taxmağa və sosial məsafəni qorumağa çağırır. Məlum olduğu kimi, hökumətin qərarına əsasən, 200 larilik təşviqedici tədbir yanvarın sonuna qədər davam edəcək və kovidə qarşı peyvənd vurdurduqdan sonra vəsait alan şəxslərin yaşı 50-dək endirilib.
Bununla belə, peyvənd olunmuş, peyvənd olunmamış və kovidi keçirən şəxslər üçün təcrid və karantin müddəti bu həftədən dəyişdirilib.
Asimptomatik və yüngül pasiyentlər üçün karantin müddəti 8 gün, orta və ağır pasiyentlər üçün isə karantin müddəti 10 gün müəyyən edilib. Hər iki halda təcrid bitdikdən sonra növbəti 5 gün ərzində maska taxmaq məcburidir” -deyə Koordinasiya Şurasından bildiriblər.
Gürcüstanda koronavirusa ilk yoluxma halından indiyədək 1 006 864 nəfərin infeksiyaya yoluxması laboratoroloji yolla təsdiqlənib, onlardan 934 667 nəfər sağalıb, 14 512 nəfər vəfat edib. Bu mərhələdə 2050 vətəndaş kliniki -mehmanxanalarda, 4465 nəfər isə stasionarda nəzarət altındadır.
Gürcüstan parlamenti və Prezident Administrasiyası baş nazirin rəhbərlik etdiyi Qurumlararası Koordinasiya Şurasının işində fəal iştirak edir.