Koordinasiya Şurası dağ kurortlarında olan vətəndaşları qaydalara maksimal şəkildə əməl etməyə çağırır

 
Koordinasiya Şurası dağ kurortlarında olan vətəndaşları qaydalara maksimal şəkildə əməl etməyə çağırır.

Qurumlararası Koordinasiya Şurası yanında Operativ Qərargahın rəhbəri Qiorqi Ğibradzenin iclasdan sonra verdiyi məlumata görə, tendensiya göstərir ki, koronavirusa yoluxma halları xüsusilə dağ kurortlarında yüksəkdir.

“Dağ kurortlarına istirahətə gedənlərin ölkədəki mövcud qaydalara və tənzimləmələrə əməl etməsi vacibdir, maska taxmağa xüsusi diqqət yetirilməlidir”, – deyə Ğibradze bildirib.