Konstitusiya Məhkəməsi Gürcüstan Prezidentinin konstitusiyanı pozduğunu müəyyən edib
Konstitusiya Məhkəməsi Gürcüstan Prezidentinin konstitusiyanı pozduğunu müəyyən edib

 
Konstitusiya Məhkəməsi Gürcüstan Prezidenti Salome Zurabişvilinin konstitusiyanı pozduğunu müəyyən edib. Bu barədə qərar Konstitusiya Məhkəməsinin iclas zalında elan edilib.

Qərarı plenumun 9 üzvündən altısı dəstəkləyib. Bununla yanaşı, Merab Turavanın qeyd etdiyi kimi, Konstitusiya Məhkəməsi plenumunun üç üzvü – İrina İmerlişvili, Qiorqi Kverençxiladze və Teymuraz Tuğuşinin rəyi nəticəyə əlavə olunacaq.

Sentyabrın 12-də parlamentin 80 üzvü Gürcüstan Prezidentinin impiçmenti ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Konstitusiya təqdimatının ətraflı müzakirəsi oktyabrın 3-də başlayıb və oktyabrın 5-də başa çatıb.

Konstitusiya təqdimatında müzakirə predmeti Gürcüstan Prezidentinin hökumətin razılığı olmadan xarici ölkələrə səfərlər həyata keçirməsi, rəsmi şəxslərlə işgüzar görüş və danışıqlar aparması şəklində ifadə olunan xarici əlaqələrdə nümayəndəlik səlahiyyətlərini həyata keçirməsi səbəbindən Gürcüstan Konstitusiyasının 52-ci maddəsinin 1-ci bəndinin “A” yarımbəndinin mümkün pozulması olub.

Prezidentin Konstitusiya Məhkəməsindəki nümayəndələri Tamar Çuqoşvili və Maya Kopaleişvili olub.

Merab Turava; Eva Qotsiridze; Qiorqi Tevdoraşvili; İrine İmerlişvili; Qiorqi Kverençxiladze; Xviça Kikalişvili; Manana Kobaxidze; Vasil Roinişvili; Teimuraz Tuğuşi Konstitusiya Məhkəməsi Plenumunun üzvləridirlər.

Konstitusiya Məhkəməsinin qərarından sonra prezidentin impiçmenti məsələsi parlamentə ötürüləcək və prezidentin vəzifədən kənarlaşdırılması üçün parlamentdə 100 deputatın səsi lazımdır.