Komunikasiyaların Milli Kommisiyası internetin keyfiyyətinin yoxlanılması layihəsinə başladı və bunun üçün xüsusi veb-səhifə işə salındı
Komunikasiyaların Milli Kommisiyası internetin keyfiyyətinin yoxlanılması layihəsinə başladı və bunun üçün xüsusi veb-səhifə işə salındı

Komunikasiyaların Milli Komisiyası istifadəçilərin maraqlarını qorumaq məqsədi ilə internetin keyfiyyətini yoxlamaq üçün mexanizm yaratdı.

Komunikasiya komisiyasının dediyinə görə, kim filmlərə baxıb, onları və onlayn oyunları yükləməkdə əziyyət çəkirsə və ümumiyyətlə internetinin keyfiyyətindən narazıdırsa, www.sheamotsme.ge veb-səhifəsi tam onlar üçündür.

İdarənin məlumatına görə, internetin keyfiyyətinin yoxlanılması üşün bunlar gərəkir:

· Veb-səhifə www.sheamotsme.ge-yə daxil olun;
· Diqqətlə instruksiyaları oxuyun;
·  İnternetinizi yoxlayan aləti internet şəbəkəsinə birləşdirin, ancaq, Wifi-la deyil, kabel ilə;
· Yoxlanış zamanı heç bir aplikasiya açmayın;
· Göstərilən sahəyə internet provaiderinin və özünüzün adınızı daxil edin;

· Problemin aşkarlandığı halda, sistem sizə avtomatik rejimdə şikayət formasını doldurmağınıza və komunikasiya komisiyasına göndərməyinizə yardım edəcək;
· Əgər instruksiya qaydalarına riayət etməsəniz, şikayətiniz ləğv olunacaq.

Yoxlanışın dəqiqliyinin təmin edilməsi üçün, komisiya amerikan şirkəti “Visualware” ilə əməkdaşlıq edir.

İnternetin keyfiyyəti də məhz həmin şirkətin apparatları ilə yoxlanır.